Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

General-mayor Ramiz Zeynalovun doğum günüdür 0

Tarix: 19-02-2023 12:46     Baxış: 1 328

19 fevral Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru, Ramiz Zeynalovun doğum günüdür.

MUBARİZCİLER.AZ xəbər verir ki, Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir.


Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir.


1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general-mayoru" rütbəsi verilmişdir. 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Tovuz rayonu sabiq İcra hakimiyyətinin başçısı Tofiq Zeynalovun qardaşıdır. Ailəlidir, bir övladı var.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar