Xəbər lenti

Ləman Əşrəfqızı: Əsgər anası olmaq, o hissləri yaşamaq üçün mütləq oğlun əsgər getməlidir FOTO

Tarix: 25-03-2025 20:44     Baxış: 1 470

Əsgər anası olmaq, o hissləri yaşamaq üçün mütləq oğlun əsgər getməlidir.

Mubarizciler.az xəbər verir ki, bu barədə Ləman Əşrəfqızı öz şəxsi Facebook sosial şəbəkəsində paylaşım edib.

Mən Rəsulum əsgər gedəndən sonra bunu dərk etdim. Anladım ki, niyə biz uşaq olanda yaşadığımız kənddə kiminsə oğlunun əsgərlikdən dönməsi bütün kəndi ayağa qaldırır,  hər kəs əlidolu o evə axışırdı.

Əsgər anası olmaq çox çətinmiş. Keçən dəfə facebook dostlarımdan biri gözəl yazmışdı: Ləman xanım, hazır olun, siz də gecələr postda duracaqsız. Doğru! Bunun gecə postda durmağı da, saat 06.00-a qalmış hövlank yuxudan qalxmağı da, saat 7-yə işləmiş oyanacağın halda özünü danlamağın da var: sən hələ daş kimi yat, oğlun yarım  saatdır ayaqdadır ay ana olası...!-deyə.

 Dünən oğlumla görüşdüm. Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət edən oğlumun 3 ayı hələ tamam olmayıb. Andiçməsində də iştirak etməmişdik. Xəstəliklərlə bağlı nazirin müvafiq əmrinə əsasən. Ona görə də çox narahat idim. Şükür, Novruz bayramı ilə əlaqədar 20-29 mart aralığı görüş verildi və mən oğlumu da, onun xidmət etdiyi hərbi hissəni də gördüm. 

Çox məmnun ayrıldım. Mənim aləmimdə hərbi hissənin bir başqa mənzərəsi olmalıydı. Tamam fərqli mühit gördüm. Təmiz, səliqəli, az qala sanatoriyanı xatırladan, şam ağacları ilə əhatə olunmuş gözəl bir düşərgə. Əsgərlərin paltarı, çəkməsi təmiz, təzə, səliqəli! Bu məni çox sevindirdi. O qədər ki, səhər yuxudan duranda bu gecə "postda durmadığımı " xatırladım. 

Yaşasın dövlətimiz və Ordumuz. 

Eşq olsun Azərbaycan əsgərinə, onun Ali Baş Komandanına. 

Allah bu Ordunu həmişə  MÜZƏFFƏR etsin! 

Allah  bizi 30 illik xəcalətdən qurtaran ŞƏHİDlərimizə də min rəhmət eləsin! Amin. 

O  oğulları dünyaya gətirən analar, sizin yaralı ürəyinizə mən qurban. 

Allah  övladlarımızı qorusun. Bundan sonra heç bir ananı balası ilə sınağa çəkməsin. Amin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar