Xəbər lenti

Saleh Səmədov Novruz bayramı münasibətilə təbrik ünvanlayıb

Tarix: 16-03-2025 22:40     Baxış: 1 407

İmişli Rayon Ağsaqqallar Şurasının rayon əhalisinə bayram töhfəsi

Mubarizciler.az xəbər verir ki, İmişli Rayon Ağsaqqallar Şurası bütün bayramlar ərəfəsində müxtəlif tədbirlər həyata keçirir. Zəruri ehtiyacı olan insanlara maddi və mənəvi dəstək göstərilir. Bir neçə ay öncə yeni il ərəfəsində bunun şahidi olduq. Belə tədbirlər silsiləsində məqsəd rayon sakinlərinin bayrm əhval- ruhiyyəsini yüksəltmək, zövqünü oxşayaraq dincəlməsi və məmnun qalmasıdır. Bunun üçün müxtəlif  bayramların simvollarına uyğun, maraqlı tərtibat işləri də aparılır. 

  Bildiyimiz kimi qarşıdan Novruz Bayramı gəlir. Təsədüfü deyil ki, bu bayram, həm də Bahar Bayramı adlanır. Təbiət qış yuxusundan oyanır, yaşıl çəmənlər, çiçəkləyən ağaclar göz oxşayır. Ailələrdə bayrama müxtəlif hazırlıq işləri başlayır, hər evdə səməni cücərdilir, müxtəlif tədarüklər görülür və s. 

  Hazırda İmişli rayonunun mərkəzində “KRAL SARAY” ın qarşısında Novruz Bayramının müjdəsi olan səmənili xonça, xüsusilə uşaqların sevimlisi olan Keçəl və Kosanın simvolu olan tərtibat çox zövqlə hazırlanmışdır. 

  İmişli rayon Ağsaqqallar Şurasının sədri, hörmətli Saleh Səmədovun təşəbbüsü ilə həyata keçirilən bu kimi təşkilati işlər rayon camaatına bir bayram töhfəsidir. Hər bir rayon sakini boş vaxtlarında övladları ilə birgə burada əylənə, istirahət edə və bu günlərdən yadigar fotolar çəkdirə bilər. 

 Qarşıdan gələn Novruz Bayramı günlərində hamıya xoş əhval- ruhiyyə, bayram ovqatı arzulayırıq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar