Xəbər lenti
25-07-2026, 19:27
 

Qubada Polis məktəblilərin qonağı olub - Fotolar

Tarix: 16-03-2025 12:27     Baxış: 1 155

Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Bağbanlı kənd tam orta məktəbində antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunub.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, "Narkomaniya ümumbəşəri bəladır!" devizi altında keçirilən tədbirdə çıxış edən Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev bildirib ki, narkomaniyanın yayılması gələcək nəslin sağlamlığı baxımından ciddi təhlükə törədir. Bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur.

Çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Sondo müzakirə olunan mövzularla   bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar