Xəbər lenti
15-09-2026, 17:52
 

Cəbrayıl Polisi şagirdlərin suallarını cavablandırıb FOTO

Tarix: 13-03-2025 15:30     Baxış: 2 282

Polis Cəbrayılda şagirdlərlə ilk dəfə maarifləndirmə tədbiri keçirib.

Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudov narkotik vasitələrin insan həyatına, düşüncə qabiliyyətinə göstərdiyi mənfi təsirlərdən danışıb. O, narkomaniyaya aludə olan şəxslərin ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından, sağlamlığın bərpası prosesinin çətin olduğundan söhbət açıb. Gənclərə pis vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi keçirməyi,  dərslərini yüksək qiymətlərlə oxumaları tövsiyə edilib. Daha sonra çıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar.

Sonda maraq doğuran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar