Xəbər lenti
18-11-2024, 12:06
 

İcra hakimiyyətləri arasında qalan qazi ailəsi - Yerli məmurların özbaşınalıqları nə vaxta qədər davam edəcək? - FOTO 0

Tarix: 17-02-2023 19:42     Baxış: 1 318

 

İcra hakimiyyətləri arasında qalan qazi ailəsi - Yerli məmurların özbaşınalıqları nə vaxta qədər davam edəcək? 

Yevlax rayon icra hakimiyyətinin qazi ailəsinə verdiyi torpağı Mingəçevir şəhər icra hakimiyyəti ailənin əlindən alır...

Bu hadisə Yevlax rayon sakini, Suqovuşanın azad edilməsində gedən döyüşlərdə ayağını və əl barmaqlarını itirən Cavid Mustafayev və onun atası, 1-ci Qarabağ müharibəsinin döyüşçüsü Əfqan Mustafayevin başına gəlib.

2021-ci ilin mart ayında Əfqan Mustafayev oğlu ilə birlikdə Yevlax rayon icra hakimiyyətinə müraciət edərək, sahibkarlıq məqsədi ilə rayon ərazisindən onlara 3 sot torpaq sahəsinin verilməsini xahiş ediblər. İcra hakimiyyəti də qazi ailəsinin xahişinə baxılması üçün kənd bələdiyyəsinə tapşırıq verib. Qazi ailəsinə verilən torpaq sahəsi bataqlıq olub. Sənədlər hazırlanana qədər də Əfqan Mustafayev qurumla razılığa gəlib və həmin ərazidə işə başlayıb. Qazi ailəsi həmin torpaq sahəsini abadlaşdırmaq üçün 5 min manat xərc çəkib.


Şikayətçi bildirir ki, o torpaqda 4-5 ay iş görüb. Amma o müddətdə ona heç kəs heç nə deməyib. Torpağı abadlaşdırıb qurtarandan sonra Mingəçevir şəhərinin memarı Etibar Abdullayev, icra başçısı İlham İsmayılov və bələdiyyə sədri Ramiz Əliyev əraziyə gələrək həmin ərazinin Mingəçevirə verildiyini deyib. Əlavə ediblər ki, qazi ailəsinə heç bir torpaq sahəsi verilməyəcək.


Şikayətçi, qazi atası redaksiyamıza müraciət edib. Əfqan Mustafayev deyir ki, bu məsələdən sonra Mingəçevir rayonundan ona, "sənin oğlun Yevlax rayonu qazisidir. Buna görə də biz ona torpaq sahəsi verə bilmərik", deyiblər.


Görünən odur ki, bizim məmurlar hələ də qazilərimizin rayonların deyil, bütöv Azərbaycanın olduğunu anlamırlar, ya da anlamaq istəmirlər. Qazi atasına bu sözün deyilməsi ən böyük səhvdir. Onlar qazilərin indi əlindən aldıqları torpaqlar uğurunda döyüşdüyünü başa düşmürlər? Canını bu torpaq uğrunda qoyan bir qazi üçün torpaq ayrılması bu qədər çətin məsələdir? Ayrılan torpağı niyə Yevlax və Mingəçevir icra hakimiyyətləri bir-birlərinin üstünə atırlar? Onların məqsədləri nədir?


Bu suallarımıza cavab almaq və məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Yevlax rayon icra başçısının müavini Allahverdi Quliyev ilə əlaqə saxlamaq istəyib. Zəngə cavab verən Allahverdi müəllim əməkdaşımız özünü təqdim edəndən sonra guya səsi eşitmədiyini bildirib və telefonu söndürüb. Əməkdaşımızın dəfələrlə zəng etməsinə baxmayaraq Allahverdi Quliyev telefona cavab verməyib.


Daha sonra əməkdaşımız Yevlax rayon icra hakimiyyətində ictimai-siyasi məsələlərə baxan Elnarə Əzizova ilə əlaqə saxlayıb. Elnarə xanım da bildirib ki, o torpaq işlərinə baxmır. Beləliklə də, qazi ailəsinə verdikləri torpağın indi də Mingəçevir şəhərinə aid olduğunu deyən Yevlax rayon icra hakimiyyətinin məsul şəxsləribdəm heç bir mövqe ala bilmədik.


Buna görə də ümid yerimizin Mingəçevir şəhər icra hakimiyyəti olduğunu düşündük. Bu məqsədlə də Mingəçevir şəhərinin memarı Etibar Abdullayevə və şəhərin bələdiyyəsinə dəfələrlə zəng etdik. Amma cavab verən olmadı.


Aydın olur ki, telefona cavab verməməklə, icra hakimiyyətləri bir-birinin üstünə atmaqla məsuliyyətdən qaçmaq və qazi ailəsinin əlindən həmin torpaq sahəsini almaq istəyirlər. Haqlı olaraq da qazi atasi deyir ki, Mingəçevir şəhərinin memarı Etibar Abdullayevin atasının adına olan 2 hektar yerdən yarısına ona versin, o da 5 min xərc çəkdiyi torpağı onlara versin.



Məsələni diqqətdə saxlayacağıq...


Qarşı tərəflərin mövqelərini dərc etməyə hazırıq...


Poliqon.info



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar