Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Canəli Əkbərovun anadan olmasının 85 ili tamam olur

Tarix: 10-03-2025 14:28     Baxış: 1 841

Bu gün Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Canəli Əkbərovun anadan olmasının 85 ili tamam olur.

Mubarizciler.az xəbər verir ki, Canəli Əkbərov Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Sənətkar Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərib. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur. Dünyanın bir çox ölkələrində milli mədəniyyətimizi uğurla təmsil edib. 

Canəli Əkbərov 2021-ci ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar