Xəbər lenti
25-07-2026, 19:27
 

Şirvan Şəhər Polisinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib - Fotolar

Tarix: 07-03-2025 15:48     Baxış: 1 785

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 21 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Mubarizciler.az ın məlumatına görə, Görüşdə şəhər İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər. 

Görüşdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Şirvan Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıblar. Bildirilib ki, gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılır, zərərli maddələrin qurbanına çevrilən insanların normal həyata qayıda bilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir.

Daha sonra çıxış edən digər iştirakçılar da narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, narkotik vasitələrin fəsadlarından danışaraq şagirdlərə dəyərli tövsiyələr veriblər.

Tədbir zamanı narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib və iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar