Xəbər lenti
15-09-2026, 17:52
 

Qubada narkomaniyanın fəsadları ilə bağlı maarifləndirmə tədbiri keçirilib FOTO

Tarix: 03-03-2025 13:37     Baxış: 1 204

Yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkotik vasitələrin mənfi təsirləri barədə məlumatlandırmaq məqsədilə Quba rayonunun Hacıqayıb kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Narkomaniyanın törətdiyi fəsadlar, insan sağlamlığı üçün yaratdığı problemlərlə bağlı məktəblilərə ətraflı məlumat verən polis şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev narkomanlığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal mövqe sərgiləməsinin zəruriliyini diqqətə çatdırıb. Onları sağlam həyat yaşamağa və gələcək həyatlarında da zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Həmçinin çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Eləcə də, çıxışlar zamanı məktəblilərə erkən nikahın fəsadlarından da bəhs olunub.

Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar