Xəbər lenti
18-11-2024, 12:06
 

Sakinlər yoldan keçə bilmir, qurumlar problemi üzərindən atır - Foto

Tarix: 21-01-2023 21:36     Baxış: 844

“Göydən bir damcı yağış düşən kimi bizim küçə keçilməz hala düşür. Qapıdan ayağını çölə qoyursan, üstün-başın palçıq olur”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə: 2 küçəsinin bir qrup sakini müraciət edib.

Vətəndaşlar küçələrinin asfaltlanmamasından şikayətçidirlər: “314 saylı məktəbin arxa çıxışı bu küçəyədir. Buradan keçib məktəbə gedən uşaqlar üçün gərək əlavə geyim, ayaqqabı qoyasan. İllərdir biz bu problemlə yaşayırıq. 2 ildir müraciət etmədiyimiz yer də qalmayıb. Şikayətlərə, məktublara, zənglərə baxmırlar. Nə Binəqədi Rayon İcra Hakimiyyəti, nə d əki Biləcəri Bələdiyyəsi hələ də bir tədbir görüb”.

Biləcərinin Yeni yaşayış massivinin sakinləri də bənzər problemdən əziyyət çəkirlər. Vətəndaşların sözlərinə görə, artıq 5 ildir ki, səslərinə səs verən yoxdur: “Məhəllədaxili yolların təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Biləcəri qəsəbə Bələdiyyəsinə və Binəqədi Rayon İcra hakimiyyətinə müraciət edirik. Hər üç qurum bu yolların onların balansında olmadığını, təmir işinə onların baxmadığını bildirir. Təmir olunmasını istədiyimiz yolun ümumi uzunluğu cəmi 1.7 kilometrdir. Lakin bizim müraciətimizə baxan tapılmır”.

Sakinlər bildirirlər ki, yolu dəfələrlə şəxsi hesablarına düzəltdiriblər: “Şəkillərdən də sonradan yolun dağıldığı görünür. Lakin biz yol çəkən olmadığımıza görə, bir il dözmür, dağılır”. 

Hər iki şikayətlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza belə cavab verildi: “Rayon ərazisində yenidən qurmaya ehtiyacı olan qəsəbədaxili yolların mərhələləli qaydada təmiri ilə bağlı RİH tərəfindən siyahı tərtib edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilib”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə də danışdıq. O da öz növbəsində bildirib ki, qəsəbədaxili küçələr onların balansında deyil: “Bakı şəhərinin qəsəbədaxili, həmçinin 

respublikanın şəhər, qəsəbə və kənddaxili küçə və yolları agentliyimizin balansında deyil və qeyd olunan küçə və yollara, təbii ki, bəzi mərkəzi küçələr istisna olmaqla tərəfimizdən xidmət göstərilmir. Bu yolların tikintisi və təmiri yerli strukturların, yəni yerli icra hakimiyyəti və yerli bələdiyyələrin aidiyyəti üzrə təqdimatı əsasında baş tutur. Biz yalnız investisiya proqramı çərçivəsində nəzərdə tutulan küçələrdə təmir işləri aparırıq. Hansı ərazilər nəzərdə tutulursa, cari ildə təmir işləri aparılır. Növbəti investisiya proqramlarında hara nəzərdə tutulacaqsa, bu istiqamətdə də işlər davam etdiriləcək”. 

Lamiyə Məmmədova

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar