Xəbər lenti
15-09-2026, 17:52
 

Masallıda "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda görüş keçirilib FOTO

Tarix: 18-02-2025 23:08     Baxış: 1 239

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Banbaşı kənd tam orta məktəbində "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Çıxış edən Masallı RPŞ-nin rəisi polis polkovniki Azay Ağayev bildirib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd yeniyetmə və gəncləri narkomaniyanın səbəb olduğu problem və fəsadlar mövzusunda maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. Şöbə rəisi dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də ölkəmizdə narkomanlığa qarşı aparılan genişmiqyaslı mübarizə tədbirlərindən danışıb. 

Sonra narkomaniyanın zərərli təsirləri barədə videoçarx izlənilib və mövzu ətrafında çıxışlar dinlənilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar