Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Nəsimi Polisi məktəblilərin qonağı olub FOTO

Tarix: 16-02-2025 20:54     Baxış: 1 372

Nəsimi rayonunda yerləşən 9 nömrəli tam orta məktəbdə narkomaniya, kibertalamalar və dini radikalizmlə mübarizə mövzularında maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az ın məlumatına görə, tədbirdə iştirak edən Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vüqar Ağayev narkomanlıq və onun yaratdığı təhlükələrdən, həmçinin dini radikalizmin zərərli təsirlərindən, kibertalamalarla mübarizə üsullarından danışıb, bu istiqamətlərdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib, neqativ halların aradan qaldırılması üçün vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə ətraflı məlumat verilib, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən bəhs olunub.

Sonda məktəblilərin mövzularla bağlı sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar