Xəbər lenti
20-02-2025, 12:48
 

Hacıqabulda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib FOTO

Tarix: 15-02-2025 17:55     Baxış: 322

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şorbaçı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışaraq bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görüldüyü qeyd edib.

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən görülən işlərdən də danışan şöbə rəisi kibercinayətkarların qurbanı olmamaq üçün heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürməməyi, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamağı tövsiyyə edib. 

Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Bölgə
Fotosesiya
Çox oxunanlar