İmişlidə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib - Fotolar
İmişli Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ölcələr kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Fuad Məmmədov bildirib ki, əsrin bəlasına çevrilən və gənclərin gələcəyini məhv edən bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görülür və bu qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir.
Daha sonra çıxış edən digər iştirakçılar məktəblilərə bu vasitələrin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər barədə məlumat verərək keçirilən tədbirlərin mahiyyətini şagirdlərin diqqətinə çatdırıblar.
Tədbirinin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Xəbəri paylaş



