Xəbər lenti

Əlibaba Məmmədovun anadan olmasının 95 ili tamam olur

Tarix: 05-02-2025 13:07     Baxış: 679

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, muğam, xalq və bəstəkar mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun anadan olmasının 95 ili tamam olur.

Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

 Mubarizciler.az xəbər verir ki, Əlibaba Məmmədov A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində ustad xanəndə Seyid Şuşinskinin muğam sinfində təhsil alıb. Filarmoniyanın, “Azkonsert birliyi”nin solisti olub. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində  “Hümayun” Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub. Gənc yaşlarından muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan xanəndə xalq ruhunda çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər bəstələyib. Əlibaba Məmmədov “Şöhrət”, “İstiqlal” və “Şərəf”  ordenləri ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Sənətkar 2022-ci ildə vəfat edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar