Xəbər lenti
25-07-2026, 19:27
 

Hacıqabulda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib FOTO

Tarix: 23-01-2025 14:10     Baxış: 1 351

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Tağlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən danışıb. O, qeyd edib ki, bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülür və bu cinayət əməli ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunurlar.

Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.

Bundan əlavə, şöbə rəisi çıxışında kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən görülən işlərdən də danışaraq kibercinayətkarların qurbanı olmamaq üçün heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürməməyi, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamağı tövsiyyə edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar