Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

Zəlzələdə həlak olan Şahin Vəliyevlə Gəncədə vida mərasimi keçirilir - YENİLƏNİB + FOTO 0

Tarix: 16-02-2023 12:37     Baxış: 890



Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan tələbə Şahin Vəliyevlə vida mərasimi keçirilir.

Mubarizciler.az-ın məlumatına görə, vida mərasimindən sonra tələbə torpağa tapşırılacaq.

09:16

Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən biri - Şahin Vəliyevin cənazəsi Gəncə şəhərində aparılıb.

Mubarizciler.az-ın məlumatına görə, Cavad Xan qəsəbəsində Şahin Vəliyevin yaşadığı evdə vida mərasimi keçiriləcək.

Tələbə bu gün torpağa tapşırılacaq.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar