Xəbər lenti
15-09-2026, 17:52
 

Polis Qubada şagirdlərlə görüşüb, onların suallarını cavablandırdı FOTO

Tarix: 16-01-2025 12:10     Baxış: 1 995

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun İsnovqışlaq kənd  tam orta məktəbində narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Güreyl Məmmədov narkotikin insanın immun sisteminə və dünya görüşünə vurduğu ağır fəsadlardan bəhs edib. Eləcə də erkən nikah mövzusuna da toxunan rəis müavini, bu cür halın yaratdığı problemlər haqda ətraflı məlumat verib. Gənclərə bu problemlərlə üzləșməmək üçün sağlamlıqlarının qeydinə qalmağı və yüksək savada yiyələnmələri tövsiyə olunub. 

Həmçinin tədbirdə Polis Akademiyası haqqında da dolğun bilgilər verilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şərait şagirdlərin diqqətinə çatdırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar