Xəbər lenti
25-07-2026, 19:27
 

Daşkəsən Polisi məktəblilərlə görüş keçirib - Fotolar

Tarix: 15-01-2025 22:05     Baxış: 1 596

Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun bir neçə tam orta məktəbinin şagirdlərinin iştirakı ilə narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev narkotikin insanın immun sisteminə və dünyagörüşünə vurduğu ağır fəsadlardan bəhs edib. Eləcə də erkən nikah mövzusuna da toxunan rəis bu cür halın yaratdığı problemlər haqda ətraflı məlumat verib. Gənclərə bu problemlərlə üzləșməmək üçün sağlamlıqlarının qeydinə qalmağı və yüksək savada yiyələnmələri tövsiyə olunub. 

Həmçinin tədbirdə Polis Akademiyası haqqında da dolğun bilgilər verilib. Burada təhsil almaq istəyənlər üçün yaradılmış şərait şagirdlərin diqqətinə çatdırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar