Xəbər lenti
15-09-2026, 17:52
 

Naftalanda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib - Fotolar

Tarix: 14-01-2025 18:22     Baxış: 1 267

Naftalan Şəhər Polis Şöbəsinin təçkilatçılığı ilə 2 saylı tam orta məktəbdə keçirilən görüşdə çıxış edən şöbənin rəisi polis polkovniki Zaur Bədəlov bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirilib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında, o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazid əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.

Görüşdə həmçinin DİN-in Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar