Xəbər lenti
18-11-2024, 12:06
 

Şəhid Anası: Hər dəfə Şəhidlərimizi ziyarət edəndə onların qarşısında xəcalət çəkirəm - FOTOLAR 0

Tarix: 15-02-2023 14:13     Baxış: 1 469

Əziz Ağdamlılar  və Quzanlı kənd camaatı ,  keçən ildən deyirəm , yazıram , amma hələ də irəli durub bir təklif edən olmadı . 

Aranızdan güvənəcəyiniz bir adam seçin . 

   Hər dəfə  Şəhidlərimizi ziyarət edəndə  onların qarşısında xəcalət çəkirəm.  

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Şəhid anası Maya Quliyeva öz şəxsi internet hesabında paylaşım edib. Paylaşımı olduğu kimi təqdim edirik.

    O Şəhidlərimizin məzarlarını  baxımsız görəndə nə fikirləşirsiniz ,  yazacaqdım . Amma kim cavab verəcək   ...   Oranı ziyarət edən yoxdur axı .  Onlar bizim  Qələbə Şəhidlərimizin  əmiləri , dayıları , hələ aralarında babası yaşda olanlar da var . 

Onlar da Şəhiddir  . Onlar da Xalidim kimi , Turalım kimi , Səxavətim, Poladımız  kimi Şəhid olublar .  Onlar da canlarını bu torpaq uğrunda fəda ediblər .  Hələ onların vaxtında bu qədər silah-sursat yox idi . Niyə bu günə kimi heç kəs bu haqda fikirləşməyib , maraqlanmayıb ?? 

Quzanlı böyük kənddir . 

  Guya günortanı "Çinarda" , axşamı " Prins" də "şot" verən imkanlısı yoxdur ??

  Bəlkə  müharibə vaxtı 2 Teksunun birini stolun altına qoyub , biri ilə yemək bişirənlərdən elə bilirsiniz  bixəbərəm ??? Fəxri Fərmanı da utanmadan alıb evinə qoyan utanmaz . 

 Orduya gələnləri HH ki dostunun vasitəsi ilə marketində satanların , oğluna karona testini satın alanların da pulun pişik apardı ???

Nazik siqaretlə , bizon və helləri gizlədənlər hanı ??

Fəxri Fərman üçün qaça - qaça gəlmişdilər amma .. 

    Mən insanlıq  borcumu bu  Vətənə də , onun Vətəndaşına da  artıqlaması ilə ödəmişəm . Sadəcə vicdanım rahat olmur . 

     Mən orda uyuyanlarla torpağın altındakı Cənnətlərində  qovuşacam .  Sadəcə torpağın üst hissəsini el-aləmə görüntü üçün istəyirəm .

  ----- 

 ""Allah rəhmət eləsin "" sözünü yazmaq üçün paylaşmıram . !!! Bu problemə bir çarə tapaq . !!!

Ona qalsa , Allah bizə rəhmət edib , günahlarımızdan keçsin , ölü bizik !!!!!!!

    -Quzanlı kənd qəbristanlığının səmtini 2014 cü ilin avqust ayından tanıyıram .  Oranı tanımağıma səbəb də , Tabutunun qoxusunu hələ də  unutmadığım Şəhidim Əhmədov Qaryağdı olub . Keçən ildən isə artıq Xalid məni  oranın sakini edib . 

  1 ci Qarabağ Müharibəsində Şəhid olan 14 Quzanlı kənd sakininin məzarlarının  orda olduğunu da elə keçən ildən bilmişəm .  2 ci Müharibəmizin Şəhidləri dəfn olunan yerlə ara məsafəsi çox uzaq deyil . Sadəcə o  məzarlar dünyasını dəyişmiş  kənd sakinlərinin məzarları arasında itib . Baxımsız qaldığı üçün də məzarlar və ətraf çox  acınacaqlı vəziyyətdədir .

Baxımsız deyəndə ki , çox güman ki , o Şəhidlərimin ata-anası artıq sağ deyillər . Yaxın qohum-əqraba da , hərəsi öz həyatını yaşayır .

  Yağış yuyub , gün qurudan daşların altında yatan kişilər , biz fəxrlə - Şəhid bacısıyam , Şəhid qardaşıyam , əmim oğlu Şəhiddir , gəlnimizin qaynı oğlu Şəhiddir deməklə yad olunmur . !!

  O məzarlar haqqında bir-neçə dəfə söhbət arası lazımlı yerlərdə  demişəm . Qarşılığında - Nəzərə alarıq  , sözünü deyiblər .

  Sonra deməsinlər ki , yazmadan əvvəl niyə gəlib özümə demirdin ?  Hansı Şəhid ad günü idi , hansı kənddə , hansı Şəhidimin adına tikilən bulaq açılışı tədbiri idi yadımdadı . Birdə ki , mən və ya qeyrisi niyə deməli və yadımıza salınmalıdır ki ??? 

Adam necə inciyir ???? 

Bilirəm və başa düşürəm . Gələn illərdən artıq Şəhidlərimin  dəfnində iştirak edən İH nümayəndələrindən , artıq 1 nəfər də gəlməyəcək .  

10 il sonra bu Şəhidlərin də ata-anaları olmayanda , elə  bu məzarlar da yada düşməyəcək və ziyarət olunmayacaq ...

    Hər gün ömürdən gedir deyə , mən də bu yolla çarə axtarmağa çalışıram . 

    Məzar daşları və ətrafı  baxımsız  qalan Quzanlı kəndinin 14  Şəhidi . 


Tofiq Cabir oğlu Məhərrəmov

Elman Vaqif oğlu Həsənov 

İlqar Fərrux oğlu Tağıyev 

Mahir Şəfa oğlu Hüseynov 

Əli Süleyman oğlu Hüseynov 

Turab Aqil oğlu Səlimov 

Nurəddin Novruz oğlu Yolçuyev 

Habil Misir oğlu Əliyev 

Camal Süleyman oğlu Məmmədov 

Fəxrəddin Çərkəz oğlu Bəşirov 

Hafiz Kamal oğlu Əsgərov 

Mahir Şahmar oğlu Abdullayev 

Cəlil Zakir oğlu Qasımov 

Baxış Hüseyn oğlu Quliyev 


Qəbristanlıqda bu Şəhidlərimizdən bir az kənarda Milli Qəhrəmanımız  Rövşən Şəmil oğlu Hüseynovun da məzarı var  . 

      1992 mayın 11 də Tərtər yaxınlığındakı Marquşevan kəndində mühasirəyə düşən Mingəçevir batalyonuna könüllü köməyə gedib Şəhid olan  Rövşən Şəmil oğlu Hüseynovun cənazəsi 1 iyunda alınır və Quzanlı kənd qəbristanlığında dəfn edilir .  Rövşən Hüseynov 16 sentyabr 1994 ildə  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb . 

(Bakı Dövlət Universitetində Rövşənin adına təqaüd də təsis olunur .)

 Məzarı baxımsız olan - Hafiz Kamal oğlu Əsgərovun adına Quzanlı kənd orta məktəbi varmış . Heç olmazsa , o məktəbin kollektivi ildə 1 dəfə ziyarətə gəlsin .



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar