Xəbər lenti
10-09-2025, 09:44
 

Xalq artisti Tofiq Quliyevin anadan olmasının 107 ili tamam olur

Tarix: 07-11-2024 09:37     Baxış: 1 274

Bu gün Xalq artisti Tofiq Quliyevin anadan olmasının 107 ili tamam olur.

Mubarizciler.az xatırladır ki, Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbdə, Azərbaycan Dövlət Konservatoriyasında, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrında, Konservatoriyada, Filarmoniyada, Kinostudiyada, Bəstəkarlar İttifaqında çalışıb. T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabulmuğam dəstgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləyib.  Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyib. Tofiq Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradıb. O, həm də teatr və film musiqiləri yazıb. Bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Tofiq Quliyev “Xalq artisti” fəxri adına, “İstiqlal” ordeninə layiq görülüb. Xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulub, Bakı küçələrindən birinə bəstəkarın adı verilib.  Görkəmli bəstəkar 2004-cü ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar