Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboyda “Fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə” mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Tarix: 06-11-2024 22:33     Baxış: 1 127

01 noyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) “Fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə” mövzusunda maarifləndirici görüş təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Görüşdə UADM və DAİM-in əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürəni, daxili xidmət çavuşu Sənan Aslanov, könüllülər iştirak ediblər.

Görüşdə UADM-in direktoru Sənəm Alxasova çıxış edərək görüşün keçirilməsində əsas məqsədin fövqəladə hallar zamanı əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi olduğunu bildirib.

Dövlət Aqrar və İnkişaf Mərkəzinin direktor müavini,maliyyə və təsərrüfat sektorunun müdiri Sülhəddin Ələsov çıxış edərək fövqəladə hallar zamanı davranış qaydalarının vacibliyini vurğulayıb.

Sənan Aslanov fövqəladə hallar zamanı davranış qaydaları, yanğınsöndürmə balonlarından istifadə qaydaları haqqında ətraflı məlumat verib.

Yekunda fövqəladə hallar zamanı müraciət ediləcək qurumlar və telefon nömrələri barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar