Xəbər lenti
23-10-2024, 14:07
 

Hüseyn Cavidin anadan olmasının 142 ili tamam olur

Tarix: 24-10-2024 11:30     Baxış: 161

Bu gün görkəmli Azərbaycan şairi, yazıçı və dramaturq, ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin anadan olmasının 142 ili tamam olur

Mubarizciler.az xəbər verir ki, Hüseyn Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. O, görkəmli maarifpərvər ziyalı və pedaqoq Məhəmmədtağı Sidqinin “Tərbiyə” məktəbində, daha sonra isə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizin “Talibiyyə” mədrəsəsində təhsil alıb. İlk şeirlərini də məhz həmin dövrdə qələmə alıb. 1906-1908-ci illər arasında Türkiyədə İstanbul Universitetinin Ədəbiyyat bölümünün müdavimi olan Hüseyn Rasizadə “Vərəmli qız” adlı poetik əsəri ilə İstanbulda keçirilən şeir müsabiqəsində iştirak edib və mükafata layiq görülüb. 1909-cu ildə “Cavid” ədəbi təxəllüsünü seçib və bundan sonra özü və onun ailəsi bu soyadla tanınıb. O, 1910-cu ildə Azərbaycana qayıdıb və pedaqoji fəaliyyətlə məşğul olub. “Yaşıl qələm” dərnəyinin ümumi iclasında cəmiyyətin nizamnaməsini hazırlayan komissiyanın, “Tənqid-təbliğ” teatrının repertuar komissiyasının, Azərbaycan yazıçı, ədib və şairlərinin təşkilat komissiyasının, “Azərbaycan ədib və şairlər dərnəyi”nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərib. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. Hüseyn Cavid 1941-ci ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar