Xəbər lenti

Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 92 ili tamam olur

Tarix: 21-10-2024 10:49     Baxış: 210

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 92 ili tamam olur

Mubarizciler.az xəbər verir ki, Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində təhsil alıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, həmçinin Azərbaycan Yazıçılar Birliyində keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir edib. Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. O, 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan – Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib. Xəlil Rza Ulutürk “Türk milləti mükafatı laureatı”, Azərbaycan Respublikasının 

Xalq şairi fəxri adlarına layiq görülüb. Şairin mücadilə ruhlu ən yaxşı poetik örnəklərinə nümunə olaraq “Səlahiyyət istəyirəm!”, “Silahlan!”, “Hara qaçırsan, dayan!”, “Qorxaqlıq, cəsurluq” və bu kimi bir çox başqa şeirlərin adlarını qeyd etmək olar. O, 1994-cü ildə vəfat edib. Xalq şairi Xəlil Rza Ulutürk vəfatından sonra “İstiqlal” ordeni ilə təltif edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar