Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Gəncə terrorundan 4 il keçir - FOTO

Tarix: 17-10-2024 00:24     Baxış: 1 281

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarından 4 il ötür. 

Mubarizciler.az xəbər verir ki, Gəncə terroru nəticəsində 4 nəfər şagird Şəhid olub. Onlar Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin şagirdləri Nigar Əsgərova, Artur Mayakov, Orxan Xəlilli və Məryəm Xəlillidir. 

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. 

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. 

Nəticədə 15 nəfər şəhid olub, 50-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar