Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Adil Kərimli “Euronews”un nümayəndə heyəti ilə görüşüb

Tarix: 11-10-2024 09:59     Baxış: 1 001

Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub.

Oktyabrın 10-da Mədəniyyət Nazirliyində “Euronews” kanalının investisiya şirkətinin təsisçisi Pedro Davidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.  

Mubarizciler.az xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli nazirliklə “Euronews” kanalı arasında uzun illərə dayanan əməkdaşlıqdan məmnunluğunu bildirib. Deyib ki, “Euronews”da Azərbaycan xalqının çoxəsrlik mədəni irsini, o cümlədən xalça və muğam sənətlərini, adət-ənənələrini əks etdirən videoçarxların hazırlanması, ayrı-ayrı mədəniyyət layihələri, xüsusilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı ilə bağlı süjetlərin yayımlanması təqdirəlayiqdir. 

Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə dair sənədli filmlərin lentə alınaraq beynəlxalq auditoriyaya təqdim edilməsinin əhəmiyyəti vurğulanıb.

Pedro David səmimi qəbula görə təşəkkürünü bildirib, telekanalın Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə inandığını deyib. 

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar