Xəbər lenti

Astanada “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub FOTOLAR

Tarix: 26-09-2024 14:39     Baxış: 245

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. Sentyabrın 25-də Astananın Sülh və Əmin-amanlıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub.

Mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumatı yayıb.

Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərginin ümumi konteksti mədəni irsimizin tanınmasını təmin edən, onun özünəməxsusluğunu vurğulayan sənət sahələrinin təqdimatı üzərində qurulub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sərginin təşkilində milli muzey kolleksiyaları ilə yanaşı, fərdi kolleksiya da təmsil olunur. 

Bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi sərgidə ekspozisiyasını interpretasiya istiqamətində qurub. Burada Xalq rəssamı, peşəkar qrafika sənətimizin banilərindən olan Əzim Əzimzadənin əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir olunan mühit muzey eksponatları vasitəsilə tamaşaçıya ötürülür. XX əsrin əvvəllərində istifadə olunan məişət əşyaları, ənənəvi geyim nümunələri və digər artefaktlar zamanın ab-havasını yaradır. Azərbaycan Milli Xalça Muzeyi 20-dən artıq xalça nümunəsi təqdim edir. Kolleksiyada Azərbaycanın xalça məktəblərinə dair nümunələr və müəllif xalçaları yer alıb. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar