Xoylu kənd Mədəniyyət Evində "Adını tarixə yazdı Şəhidlər" adlı dəyirmi masa keçirilmişdir - FOTO
Yanvarın 19-da Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Xoylu kənd Mədəniyyət Evində 20 Yanvar hadisələri mövzusunda "Adını tarixə yazdı Şəhidlər" adlı dəyirmi masa təşkil edilmişdir.
Tədbirdə Xoylu kənd Kitabxana Filialınının və Qaradağlı kənd Diyarşünaslıq Evinin, Şadılı kənd Kulubunun nümayəndələri iştrak etmişdir.
İlk olaraq torpaqlarmızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı.
Mubarizciler.az xəbər verir ki, Tədbiri giriş sözü ilə Xoylu kənd Mədəniyyət Evinin direktoru Xavər Abdullayeva açaraq bildirmişdir ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Xavər Abdullayeva Mədəniyyət Evində 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi haqqında geniş məlumat vermişdir.
Tədbirdə çıxış edən Mədəniyyət işçiləri bildirmişdir ki, 20 Yanvar hadisələrindən illər keçsə də şəhidlərimiz unudulmur və Respublikanın bütün şəhər və rayonlarında hər il bu tarixdə minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.
Tədbirdə iştirak edən şagirdlər vətənpərvərlik mövzusunda şeir parçaları səsləndirmişdilər.
Xəbəri paylaş