Xəbər lenti
14-09-2024, 21:36
 

Adil Kərimli Sankt-Peterburq Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşündə çıxış edib - FOTO

Tarix: 13-09-2024 16:45     Baxış: 238

11–14 sentyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik, yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu keçirilir.

80 ölkənin təmsil olunduğu forumda mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Sentyabrın 12-də beynəlxalq forumun rəsmi açılış mərasimi keçirilib. 

Sentyabrın 13-də Sankt-Peterburq Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib. 

Mubarizciler.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir Adil Kərimli görüşdə “Beynəlxalq mədəni əməkdaşlığın perspektivləri” mövzusunda çıxış edib. Bildirilib ki, çoxmillətli ölkə olan Azərbaycan zəngin tarixi-mədəni irsə malikdir. Azərbaycanda hər bir mədəni sərvət dövlətin himayəsi altındadır: “Prezident İlham Əliyevin liderliyində həyata keçirilən dövlət siyasəti dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni dəyərlərin qorunub saxlanmasına və təbliğinə yönəlib. Hər bir mədəni sərvət mühafizə edilməklə yanaşı, beynəlxalq aləmdə davamlı şəkildə təbliğ olunur”.

Nazir həmçinin qlobal iqlim dəyişikliyi şəraitində sıx beynəlxalq əməkdaşlığa və mədəniyyət sahəsində innovativ həllərdən istifadəyə ehtiyac olduğunu vurğulayıb. Qeyd olunub ki, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində mədəniyyət nazirlərinin görüşü təşkil ediləcək. Görüşdə iqlim dəyişikliyinin mədəni irsə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacaq.

Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova isə çıxışında xarici ölkələrlə mədəniyyət mübadiləsinə töhfə verən festivalların davamlı keçirilməsinin və təbliğinin vacibliyini qeyd edib.

Tematik panellər, dəyirmi masalar, görüşlər, təqdimat və sərgilər, konsertlərdən ibarət zəngin proqramı olan X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu sentyabrın 14-də başa çatacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar