Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Gəncədə “Nizami günləri” layihəsinin açılış mərasimi oldu FOTOLAR

Tarix: 12-09-2024 17:20     Baxış: 861

Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsinin açılışı olub.

Mubarizciler.az xəbər verir ki, layihənin ilk günü baş tutan konfransı giriş sözü ilə açan filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov layihənin keçirilməsini yüksək qiymətləndirib.

Konfransda akademik Rafael Hüseynov “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri”,  filologiya elmləri üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar”, Əməkdar rəssam Elçin Hami Axundov “Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə” süjetləri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” mövzuları ilə çıxış ediblər. 

Həmçinin layihənin ilk günü libretto müəllifi Şahin Musaoğlu, musiqisi gənc bəstəkar Tamilla Əhədovaya məxsus “5 QAPI” tamaşası Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissorluğu ilə Gəncə Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında ilk dəfə təqdim olunub.

Qeyd edək ki, layihə sentyabrın 15-dək müxtəlif proqramlarla davam edəcək.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar