Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

"Kiberdələduzluq hallarına qarşı diqqətli olun!" - Polis Lerikdə tədbirlər keçirib FOTOLAR

Tarix: 09-09-2024 12:41     Baxış: 1 603

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədi ilə Lerikdə sakinlər arasında maarifləndirmə işi gücləndirilib. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən ticarət və iaşə obyektlərində, bankomatların, həmçinin ödəmə terminallarının ətrafında məlumatverici lövhələr asılıb, sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparılıb və zəruri məlumatlar verilib. 

Mubarizciler.az ın məlumatına görə, Tədbirlər zamanı vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamalıdırlar. 

Polis əməkdaşları tərəfindən vətəndaşlara, xüsusən təqaüdçülərə kartlarındakı pulu nağdlaşdırmaq və digər bir şəxsin kart hesabına pul göndərmək məqsədilə tanımadıqları şəxslərdən kömək istəməmək tövsiyyə olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar