Xəbər lenti
25-07-2026, 19:27
 

Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub FOTOLAR

Tarix: 20-08-2024 17:39     Baxış: 1 253

Avqustun 20-də dünyaşöhrətli dirijor və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin (Niyazi Tağızadə-Hacıbəyov; 1912–1984) anadan olmasının 112-ci ildönümü tamam olur.

Mubarizciler.az xəbər verir ki, Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və onun tabeliyində fəaliyyət göstərən Niyazinin Mənzil-Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.

Anım mərasimdə görkəmli sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb. Bildirilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafında müstəsna rol oynayıb. 








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar