Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

BANM-ın məzunu “Euronews” telekanalına müsahibə verib

Tarix: 13-08-2024 13:08     Baxış: 1 127

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının məzunu, Ali Məktəbin böyük mühəndisi Elmar Əsgərzadə “Euronews” telekanalına müsahibə verib.

Mubarizciler.az xəbər verir ki, o, "Extra Mile Technologies" MMC şirkətinin təsisçisidir. Burada yaratdığı məhsul sürtünən metal səthlər arasında mikroskopik itələmə qüvvəsi yaradaraq sürtünmə əmsalını minimuma endirir. Mühərrik və sənaye yağlarının tərkibində istifadə olunur. Yaradılan texnologiyanın keyfiyyəti dünyanın ən böyük enerji şirkətlərindən biri tərəfindən çoxsaylı testlər nəticəsində təsdiqlənib. 

Elmar Əsgərzadə “Euronews”a məhz bu startap şirkəti, eləcə də BANM-dakı fəaliyyəti barədə danışıb.  

Bununla yanaşı, startap şirkəti ilə ABŞ Dövlət Departamentinin təşkil etdiyi “GIST's Business Incubation” proqramını bitirib, “EIT Climate-KIC | Maritime ClimAccelerator” və “US Market Access Center Inc” (USMAC) akseleratorlarını uğurla keçib. Startap yarışları, qrantlar və investisiyalar daxil olmaqla, 140 min dollar şirkətə yatırım cəlb edib. 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb. İnnovasiya və sahibkarlıq kateqoriyasında qalib olub. 

Həmin ildən etibarən BANM-ın rektoru Elmar Qasımovun dəvəti ilə Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzində elmi əsaslı startapların yaradılmasına mütəxəssis dəstəyi göstərir. Mentorluq etdiyi bir çox yerli və xarici müsabiqələrdə layihələr yüksək nəticələr əldə edib. 

Habelə Avropanın ən böyük yaşıl texnologiyalar proqramı olan “Startupbootcamp”da beynəlxalq mentor olaraq fəaliyyət göstərir.

ABŞ, İngiltərə, Türkiyə, Sloveniya, Özbəkistan, Gürcüstan, Filippin və Banqladeş kimi ölkələrdə müxtəlif innovasiya ilə əlaqəli proqram, konfrans və yarışlarda iştirak edib.

(Unikal.az)



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar