Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub - Fotolar

Tarix: 12-08-2024 10:30     Baxış: 1 085

Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşkilatçılığı ilə XXI ənənəvi “Kitab sənəti” Beynəlxalq müsabiqəsi keçirilib. 

7-8 avqust tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində təşkil edilən müsabiqədə ölkəmiz də müxtəlif nominasiyalar üzrə çap məhsulları ilə təmsil olunub.

Mubarizciler.az xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

Müsabiqəyə ümumilikdə 6 ölkədən bir sıra nominasiyalar üzrə 64 adda kitab təqdim edilib. 

Açıq səsvermə yolu ilə hər nominasiya üzrə kitabların seçimi aparılıb. Nəşr məhsulları haqqında iştirakçı ölkələrin nümayəndələrinə ətraflı məlumat verilib.

Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 9 adda kitab təqdim olunub.

Ölkəmizin nəşrləri 4 nominasiya üzrə I, 2 nominasiya üzrə II, 3 nominasiya üzrə III yerlərə layiq görülüb. 

Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları sentyabr ayında keçiriləcək ənənəvi Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdim olunacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar