Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Gülnar Salmanovanın anadan olmasının 68-ci ili tamam olur

Tarix: 24-07-2024 14:46     Baxış: 1 099

Bu gün Əməkdar artist Gülnar Salmanovanın anadan olmasının 68-ci ili tamam olur.

Mubarizciler.az xəbər verir ki, Gülnar Salmanova 1956-cı ilin iyulun 24-də Neftçala rayonunda anadan olub. 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib. 

Aparıcı səhnə ustası, güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi. Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb. Gülnar Salmanova “Əməkdar artist” fəxri adına layiq görülüb.

Gülnar Salmanova 2015-ci ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar