Xəbər lenti

Xalq artisti Möhsün Sənaninin anadan olmasının 124 ili tamam olur

Tarix: 19-06-2024 13:02     Baxış: 119

Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 124 ili tamam olur.

Mubarizciler.az xəbər verir ki,  Möhsün Cəfərov (Sənani) 1900-cü il iyunun 19-da Tiflisdə anadan olub. O, 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəklərdə birpərdəli povestlərdə özünü sınayıb. Tiflis teatr truppasında çalışıb. Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu böyük ustalıqla ifa edib. Gənc olmasına baxmayaraq, Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi məsul rolları ifa edib. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, həmçinin kino sənətində də çox yadda qalan, rollar oynayıb. Bunlardan “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri qeyd etmək olar.

Xalq artisti Möhsün Sənani 1981-ci ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar