Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Dünyanı ağladan FOTOLAR

Tarix: 08-02-2023 00:40     Baxış: 2 617

Türkiyənin zəlzələ bölgəsində lentə alınan görüntülər ürək dağlayır.

Mubarizciler.az xəbər verir ki, təbii fəlakət nəticəsində ən çox itkilərə məruz qalan Kahramanmaraşda Mesur Hancer adlı kişini görənlər göz yaşlarına hakim ola bilmir.

Belə ki, dünyası dağılan kişi dağıntılar altında həyatını itirən 15 yaşlı qızı İrmakın əlini tutaraq, övladını son nəfəsinədək tək buraxmayacağını deyir.

Mesur Hancerin fotoları dünyanın ən məşhur KİV-ləri tərəfindən təsirli şərhlərlə tirajlanıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 5434 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 31 777 nəfərə çatıb.

 

Çarəsiz atanın fotolarını təqdim edirik:

 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar