Xəbər lenti

“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb - Fotolar

Tarix: 04-06-2024 18:39     Baxış: 693

Xəbər verdiyimiz kimi, “Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi çərçivəsində iyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi, ICESCO və “New Space Open Innovation”un əməkdaşlığı ilə Bakı Kristal Zalında (“Baku Crystal Hall”) “A-Hub Akselerasiya Proqramı”nın 2023-cü il üzrə dünya finalı təşkil edilmişdi.

Mubarizciler.az xəbər verir ki, İyunun 3-də Şuşa Hotel-Konqres Mərkəzində proqramın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Dünya finalında 11 ölkədən (Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudan) 30-dan çox innovativ komanda iştirak edib. Bu innovatorlar öz ideyalarını nümayiş etdirərək 30 min ABŞ dolları pul mükafatı uğrunda yarışıblar.

Yekun nəticələrə əsasən, "Snack Pack" (Azərbaycan) komandası I, "ReSkill"(Tacikistan) komandası II, "Biopols" (Türkiyə) komandası III, "Caredify" (Tunis) komandası isə IV yeri qazanıb. Qaliblər müvafiq olaraq 10, 8, 6, 6 min ABŞ dolları pul mükafatına layiq görülüblər.

Sonda ailə fotosu çəkdirilib.

Xatırladaq ki, "A-Hub Akselerator"u, ICESCO və "New Space Open Innovation"un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək, onların ideyalarını reallaşdırmaq üçün lazım olan resursları və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar