Goranboyda “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" adlı tədbir keçirilib - Fotolar
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar mayın 8-də Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaradağlı Kənd Diyarşünaslıq Evi ndə Düzqışlaq, Dəyirmanlar kənd Mədəniyyət Evlərinin və Şadılı kənd Klubunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" adlı tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə Şəhid ailələri, Qazilər, Goranboy rayon Ağsaqqallar Şurasının üzvü, Qərbi Azərbaycan icmasının Goranboy-Naftalan rayonları üzrə sədri Nürəddin Həsənov, Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində kənd və qəsəbələrdə fəaliyyət göstərən Mədəniyyət Evləri və Klubların nümayəndələri, Qaradağlı kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəsi, Şəhid M.Səfərov adına Qaradağlı kənd tam orta məktəbinin pedaqoji kollektivi və şagirdləri, bir qrup kənd sakinləri iştirak ediblər.
Qaradağlı kənd Diyarşünaslıq Evində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Mədəniyyət işçisi, İctimai-fəal Elçin Tağıyev çıxışında müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsindən danışaraq bildirib ki, dahi şəxsiyyətin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub. Həmin qətiyyətin, siyasi iradənin dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini və Vətən müharibəsində 30 ilin işğalına son qoymağın böyük şücaətin, qəhrəmanlığın, Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsi olduğunu bir daha vurğulayıb.
Ziyalı Nürəddin Həsənov çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin siyasi və idarəçilik fəaliyyətinin müstəsna yer tutduğunu bildirərək onun dövlətçilik səlnaməsində yaratdığı irsin öyrənilməsi üçün hələ uzun illər zamana ehtiyac olduğunu qeyd edib. O, geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyəti dövründə düşünülmüş və cəsarətli qərarları ilə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdiyini vurğulayıb.
Qaradağlı kənd tam orta məktəbinin direktoru Rəşad Məmmədov çıxış edərək bildirib ki, müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, bu günki qələbələrimiz və nailiyyətlərimizin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan R. Məmmədov qeyd edib ki, bütün bu nailiyyətlərimizin dərin özüllərini, əsasını məhz Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını təmin edib. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın hər il daha böyük əhəmiyyətə malik uğurlar qazandığını vurğulayan direktor bildirib ki, hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri də onun ərazi bütövlüyüdür. Bu baxımdan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən Müharibəsində qazanılan şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Həmçinin, Gülnaz Səfərova, Ülkər Hümbətova, Mahirə Ərcüməndi, Rəsmiyyə Xəlilova çıxış edərək öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyevin xidmətlərindən və onun Azərbaycan xalqına verdiyi töhfələrdən danışaraq davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın, Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu diqqətə çatdırıblar.
Tədbir məktəblilərin hazırladıqları "Sən elə bir zirvəsən" "Xalqın müdrik öğlu" "Əbədiyaşar lider" adlı şeir parçaları və kompazisyalarla davam etdirildi.
Xəbəri paylaş