Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboyda “Səni vəsf edirəm doğma Azərbaycanım” adlı kitab bayramı keçirilib - Fotolar

Tarix: 08-05-2024 21:28     Baxış: 1 407

08.05.2024-cü il tarixdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Səni vəsf edirəm doğma Azərbaycanım” adlı kitab bayramı keçirdilər.

Mubarizciler.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açdı.Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi,Goranboy rayonu üzrə nümayəndə İsax Məmmədov Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi qayğısından danışdı.

Tədbirdə məktəblilərin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər,hərbi vətənpərvərlik mövzusunda “Təki Vətən yaşasın”, “Həsrət bitdi Qarabağ” adlı şeir kompozisiyası,Goranboy ansamblının solistinin ifasında “Azərbaycanım” adlı mahnı,Goranboy rayon İncəsənət Məktəbinin rəqs qrupunun ifasında “Yallı” rəqsi,”Qızılhacılı Musiqi Məktəbinin şagirdinin ifasında “Mahur” təsnifi,Goranboy rayon aşıqlarının ifasında aşıq havası və nağıl səhnəcikləri təşkil edildi.

Mədəniyyət Mərkəzinin foyesində “Müstəqil Azərbaycanın memarı”,”Sənə zəfər yaraşır Azərbaycan!”,”Ordu torpaqları,kitab könülləri fəth edir”,”Naxçıvan-100”,”Yaşıl sərvətlərin keşiyində” başlıqlı kitab sərgisi təşkil edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar