Xəbər lenti

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 132 ili tamam olur

Tarix: 05-05-2024 12:47     Baxış: 847

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 132 ili tamam olur.

Mubarizciler.az xatırladır ki, Cavad Axundzadə (Əhməd Cavad) 1892-ci il mayın 5-də anadan olub.

 O, Gəncədə Müsəlman Ruhani Seminariyasında, Azərbaycan Ali Pedaqoji İnstitutunda təhsil alıb. Əhməd Cavad müəllim, müxbir, “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü olub. Şair Dövlət Himninin mətninin, “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin, “Şeirlər”, “Sən ağlama, mən ağlaram” kitablarının müəllifidir.

Fransua Rablenin “Qarqantua və Pantaqruel”, Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərlərini dilimizə tərcümə edib.

O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi. Əhməd Cavadın əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilib.

Şair 1937-ci ildə vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar