Xəbər lenti

Goranboyda Şəhid Rauf Məmmədovun 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - Fotolar

Tarix: 04-05-2024 13:43     Baxış: 1 288

Məşədiqaralar kənd Sənətkarlıq Evinin təşkilatçılığı ilə Birinci Qarabağ Müharibəsi zamanı Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn Rauf Eldar oğlu Məmmədovun anım mərasimi keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Məşədiqaralar kənd Sənətkarlıq Evində şəhid Rauf Məmmədovun 30-cu ildönümünə həsr olunmuş "Səhnədən Cəbhəyə" adlı anım tədbiri keçirilib.

Keçirilən anım tədbirində Boluslu kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəsi Şəmsi Ziyadov, Şəhidin yaxınları, Rayon Mədəniyyət Mərkəzinin bədii-rəhbəri İdeya Dəmirbəyli, Nərimanlı və Eyvazlılar kənd Klubunun kollektivi, ziyalılar, ictimaiyyət nümayəndələri və bir qrup kənd sakinləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət işçisi Elçin Tağıyev çıxış edərək şəhid ailəsinə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi cənab Pərvin Kazımovun və Goranboy rayonu üzrə nümayəndəsi İsax Məmmədovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizə uca Allahdan rəhmət, ailələrinə səbir diləmişdir və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirib. Bundan əlavə ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğunu və bunun davamlı olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məşədiqaralar kənd Sənətkarlıq Evinin direktoru Rəsmiyyə Paşayeva çıxış edərək Şəhid Rauf Məmmədovun Mədəniyyət sahəsindəki xidmətləri haqqında geniş nitq söyləyib.

Qeyd edilib ki, Şəhid Rauf Məmmədovun qardaşı Müşfiq Məmmədov Birinci Qarabağ Müharibəsi veteranı, qardaşı övladları isə Vətən müharibəsi iştirakçısı olub.

Rauf Məmmədov Ağdərə rayonu, Goranboy rayonunun Gülcüstan, Ağcakənd və Tapqaraqoyunlu kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştrak edib,1994-cü ildə Tapqaraqoyunlu kəndi ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Boluslu kənd qəbristanlığında torpağa tapşırılıb.

Boluslu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi Şəmsi Ziyadov bu gün Şəhid və Qazi ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Mərkəzin bədii-rəhbəri İdeya Dəmirbəyli Mədəniyyət Mərkəzinin tabeliyində kənd və qəsəbələrdə fəaliyyət göstərən müəssisələrdə keçirilən Şəhidlərimizə həsr olunmuş  bütün tədbirlərin yüksək səviyyədə keçirilməsində əməyi olan bütün Mədəniyyət işçilərinə minnətdarlığını bildirib.

Şəhid qardaşı Rasim Eldar oğlu Məmmədov onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi.

Bununla yanaşı qardaşı Şəhid Rauf Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbirinin təşkil edilməsində dəstəyinə görə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi cənab Pərvin Kazımova və Goranboy rayon üzrə Nümayəndəsi İsax Məmmədova təşəkkürünü ifadə etdi.

Mədəniyyət işçilərindən Gülü Məmmədova və Səlim Məmmədova çıxış edərək, qəhrəman əsgər və zabitlərin vətənpərvərliyindən söz açıb. Bildirilib ki, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımız işğalçılardan azad edilib. Qeyd olunub ki, onların hər biri qəhrəmanlıq nümunəsidir, xatirələri ehtiramla yad edilir və hər zaman qəlbimizdə yaşayacaq.

Sonda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən söhbət açılıb.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar