Xəbər lenti

Mədəniyyət naziri şri-lankalı həmkarı ilə görüşüb

Tarix: 03-05-2024 20:32     Baxış: 931

Dialoq Forumu çərçivəsində mədəniyyət naziri Adil Kərimlinin mayın 3-də daha bir görüşü Şri-Lankanın buddhasasana, din və mədəniyyət işləri naziri Vidura Viçramanayake ilə olub.

 Mubarizciler.az xəbər verir ki,  Qonağı salamlayan nazir Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs edib, bu il altıncı dəfə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb.

Nazir həmçinin bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bunun beynəlxalq birliyin Azərbaycanın ətraf mühit və iqlim dəyişikliyi məsələlərinə göstərdiyi həssas münasibətinə verilən qiymət olduğunu deyib.

Nazir Vidura Viçramanayake Forumun yüksək səviyyədə təşkilinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Söhbət zamanı mədəni irsin qorunması sahəsində əməkdaşlıqla bağlı müzakirə aparılıb. Ölkəsinin mədəni irsin qorunması ilə bağlı zəngin ənənələrə malik olduğunu deyən Şri-Lanka naziri bu sahə üzrə təcrübələrini Azərbaycanla bölüşə biləcəklərini diqqətə çatdırıb.

Vidura Viçramanayake Azərbaycanın mədəniyyət nazirini Şri-Lankaya rəsmi səfərə dəvət edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar