Xəbər lenti

Gəncədə “Gəncə Meksikanı kəşf edir !” adlı foto və rəsm sərgisi təşkil olunub - Fotolar

Tarix: 02-05-2024 13:24     Baxış: 924

Gəncədə Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Gəncə Meksikanı kəşf edir !” adlı foto və rəsm sərgisi təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində keçirilən sərgidə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero,  Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Meksika səfriliyinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.

Sərgidə Meksikalı illustrator Teresa Castello Yturbidenin “Milli geyim” kolleksiyası, azərbaycanlı fotoqraf Aydın Sadıqovun Meksika Birləşmiş Ştatlarında lentə aldığı, Meksikanın tarixini və mədəniyyətini özündə əks etdirən fotoşəkilləri, həmçinin digər rəssam və fotoqrafların əl işləri nümayiş olunub.

Daha sonra  rəsmi qonaqlar Gəncə Dövlət Filarmoniyasının və Gəncə Dövlət Dram Teatrın binası ilə tanış olublar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar