Xəbər lenti

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb - FOTO

Tarix: 01-05-2024 21:41     Baxış: 742

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüşlər davam edir.

Mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşü olub.

Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Rusiyalı həmkarını səmimi salamlayan nazir iki ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib. Qeyd olunub ki, son illərdə iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərləri, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsi intensiv xarakter alıb.

Görüşə görə təşəkkürünü bildirən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Forumun əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdə aktual mövzuların müzakirə olunduğunu deyib. 

Söhbət zamanı Azərbaycan-Rusiya mədəni əlaqələrinin qədim tarixinin və köklü ənənələrinin olduğu bildirilib.

Yaxın gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi bu ilin sentyabr ayında təşkil olunacaq X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edib.

Görüşdə həmçinin iki ölkə arasında bədii təhsil üzrə tələbə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar