Xəbər lenti
25-07-2026, 19:27
 

Gəncədə gənc rəssam Elvin Bayramovun fərdi sərgisi təşkil edilib - FOTO

Tarix: 30-04-2024 23:29     Baxış: 1 309

Cari ilin 26-28 aprel tarixində URBAN Mərkəzində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gənc rəssam Elvin Bayramovun fərdi sərgisi təşkil edilib.

Mubarizciler.az xəbər verir ki, Gəncə ictimaiyyətinin, Gəncədə yaşayan rəssam və sənətkarların marağına səbəb olan sərgin üç gün davam edib. Sərgi çərçivəsində gənc rəssamın əsasən portret və qrafika janrlarında çəkilmiş rəsimləri sərgilənib.

Eyni zamanda sərginin son günü ziyarətçilərin və sənət adamlarının iştirakı ilə gənc rəssamla görüş təşkil edilib.  Görüşdə rəssamlıq sənətinin inkişafı, sərgilənən əsərlərin fəlsəfəsi, Gəncədə gənclərin sözügedən sənətə marağı kimi mövzular müzakirə edilib.

Qeyd edək ki, URBAN Mərkəzində fərqli sərgilər mütəmadi təşkil ediləcəkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar