Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Xalq yazıçısı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Tarix: 28-04-2024 22:16     Baxış: 2 331

Bu gün Xalq yazıçısı Qılman İlkinin anadan olmasının 110  ili tamam olur.

Mubarizciler.az xəbər verir ki,  Qılman Musayev 1914-cü il aprelin 11-də Bakıda anadan olub. 

O, Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsində təhsil alıb.Bakı Dövlət Universitetində, “Gənc işçi” qəzetində, “Azərbaycan” jurnalında, “Uşaqgəncnəşr”, “Azərnəşr” nəşriyyatlarında çalışıb. Yaradıcılığa “Yaralı şəhər” hekayəsi ilə başlayan yazıçı “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri” və s. kitabların müəllifidir. “Kölgələr sürünür”, “Yenilməz batalyon” bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini yazıb. Qılman İlkin müxtəlif medallarla təltif edilib, “Əməkdar incəsənət xadimi”, “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

Görkəmli yazıçı 2009-cu ildə vəfat edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar