Xəbər lenti
8-05-2024, 00:26
 

Azərbaycan aşığı Azər Məhərrəmovun doğum günüdür

Tarix: 27-04-2024 20:09     Baxış: 441

27 aprel - Azərbaycan aşığı Azər Məhərrəmovun doğum günüdür.

Mubarizciler.az xatırladır ki, Azər Məhərrəmov 27 aprel 1983-cü ildə Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xaricdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil edib. 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi.

Gənc yaşlarından ustadlıq səviyyəsinə yüksəlib, Türkiyədə, İranda, Gürcüstanda və digər ölkələrdə də tanınmışdır. Musa Nəbioğlu Azərin yaradıcılığı haqqında bunları yazırdı:

" Azər sənətdə çox erkən parlamış, bənəzərsiz ifası ilə sənətsevərlərin könlünə yol tapmış və hamıya məlum həqiqəti bir daha sübut etmişdi ki, doğrudan da, ustad oğlu şəyird olmaz. Qısa müddətdə istedadlı solo-saz ifaçısı kimi Azərbaycanda məşhurlaşmış, sorağı ölkəmizin hüdudlarını aşmışdı. Gənc aşıqlar arasında özünəmxsus bənzərsiz ifası ilə fərqlənir, təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Gürcüstanda və digər türkdilli ölkələrdə də tanınıb sevilirdi. "

12 may 2018-ci ildə hepatit xəstəliyindən dünyasını dəyişib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar