Xəbər lenti

Goranboyda Mədəniyyət işçilərinin təşkilatçılığı ilə Şəhid Aqil Talıbovun mövlud günü münasibətilə tədbir keçirilib - Fotolar

Tarix: 27-04-2024 01:33     Baxış: 721

Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy Rayon Mədəniyyət Mərkəzinin Muzdurlar kənd Sənətkarlıq Evində Dəyirmanlar kənd Mədəniyyət Evinin Yolpaq, Alpout, Qırıxlı, Şıxlar, Qarasuçu kənd Klublarının, Muzdurlar kənd Kitabxana Filialının birgə təşkilatçılığı ilə Birinci Qarabağ Müharibəsi zamanı Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşərək Şəhidlik statusu almış Muzdurlar kənd sakini Aqil Fərman oğlu Talıbovun mövlud günü ilə əlaqədar "

 Şəhidlik ən uca zirvədir "  adlı tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Keçirilən tədbirində Aqil Talıbovun anası,  doğmaları, Birinci Qarabağ və Vətən müharibəsinin Şəhid ailələri, Qazilər, Veteranlar, Goranboy rayon Mədəniyyət Mərkəzinin bədii-rəhbəri İdeya Dəmirbəyli, Rayon Mədəniyyət Mərkəzinin tabeliyində kənd və qəsəbələrdə fəaliyyət göstərən Mədəniyyət Evləri və Klubların nümayəndələri, Muzdurlar Kənd İcra Nümayəndəliyi,  Şəhidin döyüş yoldaşları, kənd sakinləri, Muzdurlar kənd Tam Orta məktəbinin pedaqoji kollektivi və şagirdləri eləcə də digər qonaqlar iştirak ediblər.

Keçirilən tədbirində  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət işçisi,İctimai-fəal Elçin Tağıyev ilk öncə bütün Şəhid ailələrinə Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi cənab Pərvin Kazımovun və Goranboy rayonu üzrə nümayəndəsi İsax Məmmədovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizə uca Allahdan rəhmət, ailələrinə səbir diləmişdir.

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən söhbət açaraq 44 günlük haq savaşında bütün Şəhidlərimizin qisasının alındığını vurğuladı. 

Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin edilərək bütövləşdi. Bu böyük bir qələbədir deyə E. Tağıyev bildirmişdir.

Tədbirdə Muzdurlar kənd Sənətkarlıq Evinin direktoru Tərlan Bayramova tədbir iştrakçılarını salamlayaraq başda Şəhid ailələri olmaqla hər bir kəsə sonsuz minnətdarlığını bildirdi. Eyni zamanda Aqil Talıbovun  qısa və mənalı ömür hekayəsi barədə çıxış etdi.

Aqil Talıbovun anası Tellibəyim Talıbova onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Aliyev ə və Birinci Vitse-Prezident xanım Mehriban Əliyeva ya minnətdarlığını bildirdi.

Şəhid anası övladının mövlud gününün yüksək səviyyədə qeyd edilməsi üçün keçirilən tədbirin təşkilatçılarına, Mədəniyyət işçilərinə təşəkkürünü ifadə etdi.

Çıxış edən Aqil Talıbovun  döyüş yoldaşı, Birinci Qarabağ Müharibəsi veteranı İsgəndər Vəliyev onunla bağlı xatirələrini bölüşdü.

Çıxış edən 44 günlük Vətən müharibəsinin Şəhidi Ehtiram  Məmmədovun atası Mehman Məmmədov Şəhidlərimizin xatirəsinə həsr edilən tədbirin yüksək səviyyədə keçirilməsində əməyi olan bütün Mədəniyyət işçilərinə minnətdarlığını bildirdi. 

Çıxış edən Mədəniyyət işçilərindən Mahirə Ərcüməndi, Elməddin Zeynalov, Şəmsiyyə Mahmudova, Gulnaz Səfərova, Sexavet Memmedov, Sevda Eliyeva, Təranə Alıyeva, Şəlalə Qəhrəmanova və Elnara Albabayeva Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğuladılar.

Keçirilən tədbirlərdə şəhidimizə həsr olunan şeirlər,  vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər, səhnəciklər və kompazisyalar səsləndirilib.

Sonda Şəhid Aqil Talıbovun anası Tellibəyim Talıboya Gəncə - Daşkəsən Regional Mədəniyyət  İdarəsinin Goranboy rayonu üzrə nümayəndəsi İsax Hacı oğlu Məmmədovun adından xatirə hədiyyəsi təqdim edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar